Azyaşlı körpələrini küçəyə atan ana tapıldı

Azyaşlı körpələrini küçəyə atan ana tapıldı
Sosial 2931
Bərdə rayonunda yolun kənarından tapılan bacı-qardaşla bağlı araşdırmalar davam edir.Bu barədə Bərdə rayon icra başçısının birinci müavini Vahid Qarayev BAKU.WS-ə məlumat verib. Bildirilir ki, araşdırmalar zamanı uşaqların anası tapılıb.“Həmin şəxs Qazax rayon Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Məhəmməd qızı Aslanovadır. Hazırda uşaqların vəziyyəti yaxşıdır. Onlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, - deyə Vahid Qarayev bildirib.Qeyd edək ki, kənd sakinlərinin dediklərinə görə, uşaqların anası normal həyat tərzi sürmədiyinə görə, uşaqlarına da baxmaqdan imtina edib. Uşaqlardan biri 10 aylıqdır, digəri isə 1 yaş 8 aylıqdır.Faktla bağlı araşdırma aparılır.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ürəksızladan hadisə - iki körpə uşaq küçəyə atıldı - FOTO

Azərbaycanda ürəksızladan hadisə - iki körpə uşaq küçəyə atıldı - FOTO

Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.Report-un məlumatına görə, uşaqlar küçəyə anaları tərəfindən atılıb.Yerli sakinlərin sö...

1718 Video 08:22 04 fevral 2019

Son xəbərlər