AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.
O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...