"Azərişıq"dan hava şəraiti ilə bağlı yaranan fəsadlarla bağlı RƏSMİ MƏLUMAT
23
sen
2018
11:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb. Bu barədə Trend-ə "Azərişıq" ASC-dən bildiriblər.Qeyd olunub ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb.BAKU.WS
Oxşar xəbərlər
Dünən işıqlar niyə sönmüşdü? - RƏSMİ AÇIQLAMA
Ötən gecə Bakının bəzi rayonlarında elektrik enerjisinin kəsilməsinin səbəbi məlum oldu.Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...