“Azərenerji”də yeni təyinatlar olub

“Azərenerji”də yeni təyinatlar olub
Sosial 3110
“Azərenerji” ASC-də iki yeni təyinat olub.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev isə “Azərenerji” prezidentinin müşaviri təyin olunub.Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona “Əməkdar mühəndis” fəxri adı verib.Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Bakı meriyasına yeni Aparat rəhbəri təyin edildi

Bakı meriyasına yeni Aparat rəhbəri təyin edildi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbərliyinə yeni təyinat olub.BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə şəhər icra hakimiyyəti başçısı...

6394 Siyasət 15:58 20 sentyabr 2018

Son xəbərlər