Azərbaycanın ilk uşaq komediyasının çoxdan gözlənilən treyleri yayımlandı (VİDEO)

Azərbaycanın ilk uşaq komediyasının çoxdan gözlənilən treyleri yayımlandı (VİDEO)
Video
Sosial 1321

Azərbaycanın ilk uşaq filmi olan "Samedik"in ilk rəsmi treyleri yayımlanıb.

BAKU.WS xəbər verir ki, "Arı production" tərəfindən ərsəyə gətirilən filmin qalası isə Beynəlxalq Uşaqlar Günündə baş tutacaq. İlk uşaq komediyası olan filmə böyük marağın olacağı gözlənilir. Belə ki, valideyinlərin bu anı çoxdan gözlədiyini demək olar. Bu filmə valideynlər rahatlıqla övladlarının əlindən tutaraq gətirə bilərlər.

Məlumat üçün bildirək ki, "Samedik" məşhur "Evdə tək" filminin süjet xətti əsasında çəkilib. Filmin balaca qəhrəmanı Səməd mafiya üzvlərinə qarşı tək başına mübarizə aparır. 

Qeyd edək ki, filmin rejissoru Sahil Nəzərov, quruluşcu operatoru Əhməd Barasov, prodüseri isə Ramiz Hüseynzadədir. Gənc kadrların rol aldığı filmdə aktyorlar Elşən Hacıbabayev, Elsevər Mehdizadə, Səbinə Əliyeva, Pərvanə Talıbzadə, prodüser Ataş, Sayqa Nizami Həsənli yer alıb.

BAKU.WS

Son xəbərlər