Azərbaycanın ilk uşaq komediyasının növbəti tizeri yayımlandı (VİDEO)
Azərbaycanın ilk uşaq komediyası olan "Samedik"in növbəti rəsmi tizeri yayımlanıb.
BAKU.WS xəbər verir ki, uşaqların və böyüklərin sevərək izləyəcəyi bu film yaxın vaxtlarda izləyicilərə təqdim ediləcək. Filmin qala gecəsi 1 İyun Beynəlxalq uşaqlar günündə baş tutacaq. Bu filmi bütün uşaqlar üçün möhtəşəm bayram hədiyyəsi hesab etmək olar.
"Samedik" məşhur "Evdə tək" filminin süjet xətti əsasında çəkilib. Filmin balaca qəhrəmanı Səməd mafiya üzvlərinə qarşı tək başına mübarizə aparır.
Qeyd edək ki, filmin rejissoru Sahil Nəzərov, quruluşcu operatoru Əhməd Barasov, prodüseri isə Ramiz Hüseynzadədir. Gənc kadrların rol aldığı filmdə aktyorlar Elşən Hacıbabayev, Elsevər Mehdizadə, Səbinə Əliyeva, Pərvanə Talıbzadə, prodüser Ataş, Sayqa Nizami Həsənli yer alıb.
BAKU.WS
Oxşar xəbərlər
Mübariz İbrahimovun xatirəsinə həsr olunan film erməniləri qıcıqlandırdı (VİDEO)
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz” filminin tizeri yayımlanıb. BAKU.WS Oxu.Az-a isti...