"Azərbaycanlı Frenk Elkapone" Bakıda mənzillər hədiyyə etdi (FOTO)

Azərbaycanlı Frenk Elkapone Bakıda mənzillər hədiyyə etdi (FOTO)
Sosial 7004
Azərbaycanlı milyonçu, "İnter Server" şirkətlər qrupunun prezidenti Füzuli Məmmədov (Frenk Elkapone) şəhid ailələrinə və qazilərə növbət dəfə mənzil hədiyyə edib.BAKU.WS xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu facebook səhifəsində məlumat yerləşdirib.“Bu mütəvazi, lakin mahiyyətcə böyük tədbirdə iştirak etmək çox gözəldi. Füzuli Məmmədovun şəhid Aqşin Abdullayevin oğluna göstərdiyi xüsusi diqqət də nəzərimdən qaçmadı. Kaş bütün iş adamları Qarabağ şəhidlərinə və qazilərimizə diqqətli olsunlar!”, - deyə Rauf Arifoğlu qeyd edib.Xatırladaq ki, bir müddət Azərbaycanda yaşayan və siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərən F.Məmmədov 1990-cı illərin sonunda siyasətdən tam çəkilib və Rusiyadakı biznesini inkişaf etdirib. Adı tez-tez kriminal olaylarda hallanan (məşhur mafioz Frenk Elkaponeyə sevgisinə görə bu adı özünə təxəllüs götürüb) F.Məmmədov Rusiyada hətta narkotik ittihamı ilə də saxlanılıb. F.Elkaponenin birinci həyat yoldaşı italyan əsillidir, "Elkapone" xanımının soyadı olub.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.Uzun sürən xəstəlikdən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında Moskvada dünyasını dəyişib.Mərhum yanvarı...

1243 Hadisə 00:05 20 yanvar 2018

Son xəbərlər