Azərbaycandakı işsizlərin çoxu Bakıda yaşayır
Azərbaycanda işsiz statusuna malik olanlar daha çox Bakı şəhərində yaşayır.
Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bu il mayın 1-ə olan məlumata əsasən, hazırda ölkə üzrə 33 779 nəfər işsiz statusuna malik insan var. Onların 7021 nəfəri işsizliyə görə müavinət alır.
Azərbaycandakı bütün işsiz statusuna malik olan insanların 14 743-ü Bakı şəhərində yaşayır. Onların 3113-ü işsizliyə görə müavinət alır.
Bölgələr üzrə isə ən çox işsiz statusuna malik olanlar Aran rayonları üzrədir.
Ümumilikdə işsiz statusuna malik olanların 2178-i Gəncə-Qazax iqtisadi rayonunun, 1002-i Şəki-Zaqatala iqtisadi rayonunun, 977-i Lənkəran iqtisadi rayonunun, 1230-u Quba-Xaçmaz iqtisadi rayonunun, 8001-i Aran iqtisadi rayonunun, 1705-i Yuxarı Qarabağ iqtisadi rayonunun, 1422-i Kəlbəcər-Laçın iqtisadi rayonunun, 825-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşür.
BAKU.WSOxşar xəbərlər
Cəbhədən ən son xəbər
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 122 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata gö...