Azərbaycanda qəribə olay: “Süpürgəpulu” əvəzinə məktəbə 150 süpürgə apardı

Azərbaycanda qəribə olay: “Süpürgəpulu” əvəzinə məktəbə 150 süpürgə apardı
Sosial 10159

 

"Facebook" sosial şəbəkəsində Bərdədəki məktəblərdən biri ilə bağlı maraqlı məlumat paylaşılıb.

BAKU.WS modern.az-a istinadən bildirir ki, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni "süpürgəpulu" tələbinə qarşı orijinal addım atıb.

Belə ki, ata övladının "məktəbdə yenə "süpürgəpulu" istəyirlər" sözlərindən sonra problemi necə deyərlər, "kökündən həll etmək" qərarına gəlib. Dəfələrlə məktəbə "süpürgəpulu" yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

BAKU.WS

Son xəbərlər