Azərbaycanda polis halı pisləşən sərnişinin həyatını xilas etdi
18
sen
2017
09:24
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev polis inspektorunun nümünəvi addımından yazıb. BAKU.WS-in məlumatına görə, rayondan gələn mikroavtobusun sərnişinlərindən birinin DYP-nin Nəvai postunun yaxınlığında vəziyyəti pisləşib.Digər sərnişinlərin müdaxiləsi nəticə vermədikdə Təcili Tibbi Yardım (TTY) çağrılıb, lakin naməlum səbəbdən TTY gəlməyib. N.Paşayev bu barədə sosial şəbəkədə yazıb. “Bu avtomobildə xidmət aparan yol polisi inspektorunun adı Anardır. Bilirsiniz bu gün nə edib? Əksəriyyətinizin təxmini doğru deyil. Deməli bu gün rayondan gələn mikroavtobusun sərnişinlərindən birinin DYP-nin Nəvai postunun yanında halı pisləşir. Sərnişinlərin müdaxiləsi nəticə vermədikdə TTY çağrılır. Hansı səbəbdənsə TTY gəlmir. Bu zaman postun polisləri müdaxilə edirlər. Xəstəni içəri aparırlar. TTY-ni gəlməyə məcbur edirlər. Daha sonra inspektor Anar xəstəni anası ilə birgə maşına əyləşdirərək Semaşkoya çatdırır. Yolda iki dəfə halı pisləşən xəstəyə müdaxilə edir, çantalarını özü maşına yükləyib boşaldır. Semaşkoda işləyən qohum həkimdən yardım istəyir və sair və ilaxır. 1 saata yaxın da Semaşkoda müayinə və tibbi müdaxiləni gözləyir. Xəstə qohumları ilə birgə xəstəxananı tərk edəndən sonra isə oradan ayrılır. Sadəcə Allah razı olsun belə vicdanlı polisimizdən. "Boş şeydi, mənim də balam var" deyirdi”.TuncayBAKU.WS
Oxşar xəbərlər
Bu ayın axırı "Sahil" metrosu bağlanır - RƏSMİ
Bakı metropoliteninin "Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq. Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə məl...