Azərbaycanda şirkət rəhbəri işçilərinin kreditini ödədi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda plaza rəhbəri şəxsi büdcəsindən işçilərinin kreditlərini ödəyib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət "Sapphire Plaza"dan gedir. Rəhbər plazada çalışan xadimələrin, mühafizəçilərin və digər əməkdaşların kredit borclarını təmənnasız şəkildə ödəyir. Məlumata görə, bəzi işçilərin kreditləri tam bağlanıb, digər işçilərin kreditləri isə mərhələli şəkildə bağlanacaq.
Əldə etdiyimiz məlumatı dəqiqləşdirmək üçün plazanın rəhbərliyi ilə əlaqə saxladıq. Faktı bizə təsdiq etsələr də, məsələ ilə bağlı ətraflı məlumat verilməyəcəyi bildirilib.
Plaza rəhbərliyi bu jesti xeyriyyəçilik məqsədi ilə etdiklərini vurğulayıb.
Ümid edirik ki, bu jest digər sahibkarlar üçün də nümunəvi olar və xeyriyyə aksiyası ölkədə iri şirkətlərdə də tətbiq olunar.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev maaşları 10% artırdı
Prezident İlham Əliyev maaşların artırılması ilə bağlı sərəncamlar verib. BAKU.WS-in məlumatına görə, dövlət başçısı sosial təminat müəssisələrində çalışan iş...