Azərbaycanda 300 mindən artıq yeni iş yeri yaradılıb

Azərbaycanda 300 mindən artıq yeni iş yeri yaradılıb
Sosial 770
 

Dövlət əmlakının özəlləşdiriulməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub.

BAKU.WS-in məlumatına görə, Bunu bu gün Bakıda "Özəlləşdirmə sahəsinə investisiyalar: Yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forumda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi  sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, ümumilikdə 1,2 milyondan artıq vətəndaşımız bu və ya digər formada özəlləşdirmədən faydalanıb.

O bildirib ki, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak edib: "

K. Həsənov deyib ki, komitə səlahiyyətləri daxilində iqtisadi fəallığı maksimum canlandırmağı qarşısına ən başlıca məqsəd qoyub. Ötən dövr ərzində ƏMDK tərəfindən kənd təsərrüfatı, tikinti, sənaye və bir çox sahələrdə fəaliyyət göstərən iri və tanınmış müəssisələrin özəlləşdirilməsi aparılıb. Eyni zamanda ƏMDK tərəfindən Azərbaycanın tanınmış incilərindən olan "Fairmont Baku", "Hilton Baku" hotellər şəbəkəsinin də özəlləşdirilmə prosesini həyata keçirilib.

O qeyd edib ki, özəlləşdirmə prosesinin təkmilləşdirilməsi üçün Komitə yeni təkliflər planı hazırlayıb: "Bu təkliflər əməkdaşlıq etdiyimiz digər qurumlara da göndərilib. Yerli və xarici sahibkarları keçirilən özəlləşdirmələrdə daha fəal iştirak etməyə dəvət edirəm". 

Aynur Ələkbərova 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər