Azərbaycanda 264 min nəfər bu imkandan istifadə edir
21
mar
2019
09:00
Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özününəzarət vasitəsilə təmin edilir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində 1100-dən çox xəstənin dövlət hesabına preparatlarla təminatı həyata keçirilir.Bununla yanaşı, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin edilir. Bu mərkəzlərdən 34-ü bölgələrdə yerləşir.Qeyd edək ki, Azərbaycanda bəzi deputatlar qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsini də təklif ediblər.Onlar bildiriblər ki, böyrək transplantasiyası həyata keçirilən xəstələrə dərmanlar əməliyyatdan sonra pulsuz verilir. Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edilə bilər.BAKU.WS
Oxşar xəbərlər
Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək
Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Hemofiliyalı...