Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək.
Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.
Hər iki gəmidə olan və sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü isə dünən axşam saatlarında ölkəyə gətiriliblər.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...