“Azərsu” sədri BŞİH-in səhvindən danışdı
07
noy
2019
17:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bəzi binaların üzərindən çənlərin yığışdırılmasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib.BAKU.WS xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov binaların üzərindən çənlərin yığışdırılması və bu səbəbdən əhalinin susuz qalması məsələsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, qurum hansı ərazilərdə fasiləsiz su rejiminə keçirsə, bununla bağlı rayon icra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edir:“Həmin xətlərin kəsilməsi və su axıntılarının qarşısının alınması üçün dəstək veririk. Bu çənlərin yığışdırılmasında da ilk təşəbbüs bizim tərəfimizdən verilib. Amma bu məsələdə bir anlaşılmazlıq oldu, səhv etmirəmsə, bu hadisə Xətai rayonunda baş verdi.Bakı Şəhər İcra Hakimiyyəti orada layihə həyata keçirəndə çənləri götürmüşdü. Sonra bizim mütəxəssislər ora göndərildi. Məlum oldu ki, həmin binalardan çənləri götürmək olmaz. Çünki həmin əraziyə fasiləsiz su vermək mümkün deyildi. Bu səbəbdən də çənlər geri qaytarıldı. Bundan sonra artıq koordinasiya qurduq ki, hansı qurum layihə icra edirsə, bizimlə razılaşdırsın”.
Oxşar xəbərlər
BŞİH mitinq müraciətinə cavab verdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.“Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin...