“Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, məqsəd koronavirus təhlükəsinin qarşısını almaqdır:
"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasos stansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".
Oxşar xəbərlər
Mətbuatımızın vəziyyəti necədir? – Qurum sözçüləri arasında SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...