Azərpaşa Nemətovun Londondan gələn həyat yoldaşı: "Çox ciddi əməliyyat keçirdi"

Azərpaşa Nemətovun Londondan gələn həyat yoldaşı: Çox ciddi əməliyyat keçirdi
Sosial 311

“Teatrda çox çalışırdı. İşçilərinə can yandırırdı. Teatrda tamaşaları çox yüksək səviyyədə olmalı idi. İstəyirdi ki, hər gün tamaşa olsun. Boş gün olmasın".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Azərpaşa Nemətovun Londondan birbaşa vida mərasiminə gələn həyat yoldaşı Süsən Nemətova deyib. O, ərinin bir il əvvəl əməliyyat keçirdiyini deyib:

"Bir il əvvəl çox ciddi əməliyyat keçirdi. Onurğasından əməliyyat olundu".

Məlumat üçün bildirək ki, Xalq artisti Azərpaşa Nemətov ötən gün 75 yaşında dünyasını dəyişib. Xalq artisti yaradıcılığı boyunca yüzdən artıq tamaşaya quruluş verib.

Son xəbərlər