"Azəristiliktəchizat": 200 obyektin istiliklə təchizatı yaxşılaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Azəristiliktəchizat" ASC-nin balansında olan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi 200 obyektin istiliklə təchizatını yaxşılaşdıracaq.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bunlar 126 bina, 6 məktəb, 4 bağça, 2 səhiyyə obyekti və 62 digər sosial obyektlərdir.
Xatırladaq ki, 2024-2025-ci illər payız-qış mövsümündə 52 yaşayış binası, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyektə xidmət göstərən 5 qazanxana müasir tipli avadanlıqlarla təchiz olunaraq istismara hazır vəziyyətə gətirilib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...