"Azərişıq" işığın qiymətinin artırılması söz-söhbətinə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
BAKU.WS xəbər verir ki, bunu "Azərişıq" ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elüktrim enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
T.Mustafayevin sözlərinə görə, "Azərişıq" elektrik enerjisi tariflərinin artırılması üçün Tarif Şurasına müraciət edilməyib.
Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatda deyilirdi ki, Taarif Şuraısnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olub. Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyriəhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.
Oxşar xəbərlər
Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib
Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. BAKU.WS Şuranın Katibliyinə istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətləri...