“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi
Sosial 52

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bu barədə “Azərişıq” ASC-dən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub.

Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər