“Azəriqaz”dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA
Sosial 2169

“Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65 faiz icra olunub”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” hesabında yazıb.

Birliyin rəhbəri əlavə edib ki, qeyd olunan müddət ərzində sonradan ödənişli sayğacdan (mexaniki sayğaclar) istifadə edən 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefonla çəkərək müəssisənin təşkil etdiyi (077) 310-41-04 “WhatsApp” nömrəyə göndəriblər.

“Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz”ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər. Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65 %-lik nəticə bizi çox sevindirir”, - R. Əliyev bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qaz sayğaclarının hamısı bu tarixədək sıfırlanacaq

Qaz sayğaclarının hamısı bu tarixədək sıfırlanacaq

Məlum olduğu kimi, mexaniki qaz sayğaclarından istifadə edən “Azəriqaz” abonentləri üçün güzəştli limit bu il yanvar ayının 1-dən sıfırlanmalıdır. BAKU.WS qafq...

4341 Sosial 13:27 02 yanvar 2022

Son xəbərlər