“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabahdan “Azəriqaz” İstehsalat Birliyi yenə gücləndirilmiş iş rejimində çalışacaq".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.
“Bildiyiniz kimi, hava şəraitinin kəskin soyuması gözlənilir. Əslində, biz fevral ayının 17-dən, onsuz da, bu rejimdə çalışırdıq. Ötən dəfə özünüz də müşahidə etdiniz ki, bəzi qəza hallarını çıxmaqla qaz təchizatında dayandırmalar olmadı. Bu dəfə çalışacağıq ki, ümumiyyətlə, belə vəziyyət yaranmasın”, - R.Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, o, abonentlərin yanındadır: “İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz”.
Oxşar xəbərlər
“Azəriqaz” bayram günləri ilə bağlı əhaliyə müraciət etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlə...