Azərbaycanlılar ən çox hansı rəngli avtomobillərə üstünlük verir? - REYTİNQ
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanlar avtomobil seçərkən birinci növbədə fikir verdiyi məqamlardan biri də onun rəngidir. Azərbaycanda isə ən populyar avtomobil rəngi ağdır.
BAKU.WS-in araşdırmasına görə, ölkəmizdə üstünlük verilən avtomobil rəngləri ağ və qaradır.
Belə ki, son 10 il ərzində dünyada ən çox ağ rəngli avtomobillər satılıb. Ağ rəngli avtomobillərin satışı ümumilikdə 38 faiz təşkil edib.
Azərbaycanda isə ağ rəngli avtomobillərin satışı 28 faiz təşkil edir. İkinci yerdə isə qara rəngli avtomobillər təşkil edir. Qara rəngli avtomobillər ümumi satışı 25 faizini təşkil edib. Gümüşü rəngli avtomobillərin satışı 18 faiz, göy rəngli avtomobillər isə 8 faiz satılır.
Avtomobil mütəxəssislərinin fikrincə, aşağıdakı səbəblərə görə ağ rəngə üstünlük verilir:
Yolda ən təhlükəsiz avtomobil rəngi olmasına görə ağ rəngli avtomobillərə daha çox üstünlük verir. Belə ki, bu avtomobillər uzaqdan işığı yaxşı əks etdirir.
Yay aylarında avtomobilin salonunu daha az istiləndirir.
Ağ rəngli avtomobillərə tələbat daha çox olduğu üçün daha asan satılır. Bu rəng avtomobillər daha çox avtomobil icarəsi, daşınmada, taksidə istifadə edilir.
Qeyd edək ki, avtomobillərin alış-satışı ilə bağlı ən son elanlar ilə TUT.az saytında tanış ola bilərsiniz.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...