Azərbaycanlı tələbələrin oxuduğu liseyin direktoru: “Xilas olacaqları günü gözləyirdik” - VİDEO

Azərbaycanlı tələbələrin oxuduğu liseyin direktoru: “Xilas olacaqları günü gözləyirdik” - VİDEO
Video
Sosial 198

Hazırda Türkiyədə baş verən zəlzələdə vəfat edən azərbaycanlı tələbə Hümam İsmayıllı ilə vida mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, vida mərasimində Gündüz Nəzərzadə və Hümam İsmayıllının oxduğu Nizami Gəncəvi adına Təbiət Təmayüllü Liseyin direktoru Ruxsarə Məmmədova da iştirak edir.

O, BAKU.WS-ə açıqlamasında son ana qədər tələbələrin xilas olacağını böyük ümidlərlə gözlədiklərini bildirib:

“Gündüz Nəzərzadə və Hümam İsmayıllı hər ikisi bizim liseyin məzunudur. Hər ikisi gözəl şagirdlərimiz idi. Biz zəlzələ baş verən andan etibarən onların xilas olacağı günü böyük ümidlərlə gözləyirdik. Deyirdik uşaqlarımız sağ-salamat dağıntılar altından çıxarılacaq. Amma təssüf ki, bu gün biz Gündüz Nəzərzadə və Hümam İsmayıllını bu cür qarşıladıq. Biz onları heç vaxt unutmayacağıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər