Azərbaycanlı Rusiyada adının “qəribəliyinə” görə saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvanın hava limanında “Ya Zamir” (Mən Zamirəm) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə rusiyalı rəssam Yuri Şabelnikov “Facebook” hesabında yazıb.
Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış kimi başa düşdüyü üçün saxlayıb. Belə ki, “Ya Zamir” rus dilində “Mən sülh tərəfdarıyam” mənasını verir.
Saxlanılan azərbaycanlının adının Zamir olması və hava limanında həmin şəxsi qarşılayacaq adamların onu tanıması üçün sözügedən plakatı daşıması müəyyən edildikdən sonra həmyerlimiz sərbəst buraxılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...