Azərbaycanlı məşhur tarzənin qudası və ikinci qızı da COVID-19-dan vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar mədəniyyət işçisi, İRS folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət xanımın bir müddət əvvəl koronovirus infeksiyasından vəfat etməsindən sonra tarzənin digər qızı Hökümə də bu gün COVID-19-dan dünyasını dəyişib.
BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, bu barədə məlumatı ailənin yaxınları verib.
Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.
Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.
Qeyd edək ki, Hökümə bir neçə həftə əvvəl "Axşam.az"a açıqlamasında atasının, anasının və bacısının vəfatından danışmışdı.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış mədəniyyət işçisi, xanımı və qızı COVID-19-dan vəfat etdi
Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, tarzən koronavirus infeks...