Azərbaycanda tanınmış mədəniyyət işçisi, xanımı və qızı COVID-19-dan vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.
S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür ki, xəstəxanada müalicə alırdı:
“Bacım Təravət virusdan vəfat etdi. Yeddi gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.
Oxşar xəbərlər
Nazirlik rəsmisindən məyusedici proqnoz: “Xroniki ağciyər xəstəlikləri artacaq”
Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 sentyabr Dünya Ağciyər Günündə mediaya müsahibə verib və ağci...