Azərbaycanlı gənc jurnalist İstanbulda koronavirusdan vəfat edib - FOTO

11
okt
2021
14:12
Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə “report”a mərhumun yaxınları məlumat veriblər.
25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.
Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.
Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...