Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq - ÜNVANLAR
25
avq
2020
10:45
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə BAKU.WS-ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə edir.
Oxşar xəbərlər
Neftçalaya çəkilən magistral su kəmərinin 50 %-i hazırdır - FOTO
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqaməti...