Azərbaycanın su ehtiyatlarının böyük hissəsi transsərhəd sulara bağlıdır
Azərbaycanın su ehtiyatlarının 78-80 faizi transsərhəd sular hesabına formalaşır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan KOBİA İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov ADSEA ilə KOBİA-nın keçirdiyi birgə tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda su ehtiyatlarının 68 faizi Gürcüstana, 28 faizi isə Ermənistana məxsusdur:
"Azərbaycanın böyük su ehtiyatları yoxdur. Mövcud ehtiyatların 78-80 faizi transsərhəd sularla bağlıdır. Buna görə də bu resurslardan səmərəli istifadə və qorunması mühüm əhəmiyyət kəsb edir", – deyə Hümbətov vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
SDU-nun rektor əvəzi professorluqdan məhrum edildi
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib. BAKU.WS Globalinf...