Azərbaycanın sabiq Ombudsmanı: "Səhhətimdə problem var, əməliyyat olunmuşam"
Yeniliklərdən dərhal xəbərdar olun
"Səhhətimdə problem var, əməliyyat olunmuşam".
BAKU.WS xəbər verir ki, bunu report-a çıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.
O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: "Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq".
Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: "Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam".
Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.
Oxşar xəbərlər
İcma: "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməlidir"
Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət ünvanlayıb. BAKU.WS report-a isinadən xəbər verir ki, məktubda Ermənistanın azər...