Azərbaycanın İrana humanitar yardımını çatdıran maşın karvanı geri qayıdıb
Azərbaycanın İrana göndərdiyi humanitar yardım ünvana çatdırılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, İrana humanitar yardımı çatdıran maşın karvanı Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək Azərbayacana qayıdıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Oxşar xəbərlər
Balakən sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Balakən Rayon İcra Hakimiyyəti şəhərdə təmir və abadlıq işləri aparacaq. BAKU.WS-in məlumatına görə, bu məqsədlə layihə-smeta sənədləri hazırlanacaq. Hazırlana...