Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur
Sosial 385

"Turan Air" MMC ləğv olunduğunu elan edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Turan Air" 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı "Azərbaycan Hava Yolları" Dövlət Konserni (indiki "Azərbaycan Hava Yolları" QSC - AZAL) və ABŞ-ın "İTİ Trading İnternational" şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər