Azərbaycanın iki rayonunda olimpiya idman kompleksi tikiləcək – 15,6 milyon manatlıq LAYİHƏ
Gəncə və Qəbələ şəhərlərində olimpiya idman kompleksləri tikiləcək.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində müvafiq işlərə start verilib.
Belə ki, nazirlik Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərini "Modern Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Qəbələ Olimpiya İdman Kompleksinin tikintisini isə "The Best Constructions" MMC-yə həvalə edib və müqavilələr bağlayıb.
Müqavilələrə əsasən, nazirlik sözügedən işlərin müqabilində "Modern Construction" MMC-yə 8,3 milyon manat, "The Best Constructions" MMC-yə isə 7,3 milyon manat ödəyəcək.
Oxşar xəbərlər
Naxçıvan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 14,8 milyonluq LAYİHƏ
"Azərişıq" ASC tərəfindən Naxçıvan Muxtar Respublikasında elektrik infrastrukturunun yenilənməsi ilə bağlı böyük həcmli layihə icra olunacaq. BAKU.WS-in əldə e...