Azərbaycanın hərbi attaşesi "TurAz Şahini - 2021"də iştirak edən şəxsi heyətlə görüşdü - FOTO

Azərbaycanın hərbi attaşesi TurAz Şahini - 2021də iştirak edən şəxsi heyətlə görüşdü - FOTO
Foto
Sosial 66

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması çox əhəmiyyətlidir.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdən sonra hərbi attaşe aerodroma gələrək uçuş və texniki heyətlə görüşüb, təlimin gedişi ilə maraqlanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər