Azərbaycanın bu rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
Sosial 251

Mayın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə Xidmətin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Neftçalada 33 mm, Astara, Qobustanda 10 mm, Qaxda 6 mm, Qəbələdə 4 mm, Zaqatala, Şamaxı, Qrız, Şahdağda 3 mm, Cəfərxan, Balakən, Şəki, Qubada 2 mm, Astara, Göyçay, Kürdəmir, Biləsuvar, Lənkəran, Oğuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12 dərəcəyədək, dağlıq rayonlarda 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bi...

32 Sosial 18:18 08 aprel 2024

Son xəbərlər