Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Sosial 5

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 17:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, “ZƏFƏR” yolu: Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb.

“Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 5-12 dərəcə şaxta müşahidə olunur. Bununla əlaqədar buzlaşmaya qarşı yolda müvafiq tədbirlər görülür. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı-Quba: marşrut üzrə yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 0-1 dərəcə şaxta var. Xınalıq yolunda zəyif qar yağır, 6-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi-Xızı: Xızı rayonunun Altıağac kəndi ərazisinə zəif qar yağır, 0-1 dərəcə şaxta var. Qabaqlayıcı tədbirlər qismində, yola qum səpilib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, yolun Muğanlı ərazisində 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı: yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki: yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax-Şəki-Qax-Zaqatala: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy: hava dumanlıdır, hazırda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən: hava dumanlıdır, hazırda yağıntı yoxdur. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülüb. 6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt-Astara: marşrut boyu sulu qar yağır şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı-Yardımlı: Yardımlı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonunda sulu qar yağır, şaxta yoxdur.

Lənkəran-Lerik: Lerik rayonu ərazisində zəif qar yağır, 5-6 dərəcə şaxta var. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Lənkəran rayonunda sulu qar yağır, şaxta yoxdur.

Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat...

220 Sosial 11:26 14 yanvar 2022

Son xəbərlər