Azərbaycandan Rusiya və Türkiyəyə bu il üçün avtobus marşrutları rəsmiləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci il üçün Azərbaycandan Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında bildirilir.
Hesabat dövründə Qazax rayonunun Ağköynək kəndi ərazisində təşkil olunan avtostansiyaya 3-cü kateqoriyalı avtostansiya pasportu verilib. Rəqəmsal taxoqraf kartının alınması üçün 64 sürücüyə ilk dəfə kart verilib, 8 sürücünün kartı yenisi ilə əvəz olunub.
Xarici daşıyıcıların Azərbaycan ərazisinə, eləcə də Azərbaycan daşıyıcılarının xarici dövlətlərin ərazilərinə beynəlxalq avtomobil daşımalarını həyata keçirməsi üçün 2021-ci ilin yanvar-mart ayları ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanları arasında aşağıdakı növdə və sayda “İcazə blankları” mübadilə edilib:
- Giriş, çıxış və tranzit keçid üçün – 120 875 ədəd;
- 3-cü ölkəyə/ölkədən daşımalar üçün – 11 405 ədəd;
- Beynəlxalq sərnişindaşımaları üçün – 1 350 ədəd;
Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota sistemi çərçivəsində Azərbaycan üçün müəyyən edilmiş çoxtərəfli illik “İcazə”lərin sayı 1 140 ədəd, çoxtərəfli aylıq “İcazə”lərin sayı isə 240 ədəd təşkil edib.
Hesabat dövrü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 517 ədəd “İcazə” blankının verilməsi nəticəsində dövlət büdcəsinə 1 166 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Beynəlxalq avtomobil daşımalarında iştirak edən Azərbaycan daşıyıcılarının beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron formasından istifadə etməsi üçün şərait yaratmaq, eləcə də onların rəqabət qabiliyyətinin artmasına töhfə vermək məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev BNA rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...