Azərbaycanda yüklərin qatarlar vasitəsilə daşınması niyə bahadır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yüklərin qatarlar vasitəsilə daşınması niyə bahadır? - RƏSMİ AÇIQLAMA
Sosial 99

Azərbaycan Respublikasının sərhədləri daxilində daşınan bütün yüklərin hansı məntəqədə olduğunu izləmək mümkündür.

Bu barədə Azərbaycan Dəmir Yollarının mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, yüklərin daşındığı vaqon kommersiya baxımından saz vəziyyətdə olmalıdır.

Yüklər qaydalara uyğun üfiqi, şahmat ve digər formalarda yüklənməlidir.

Bundan sonra vaqon plomblanmalı və daşımaya qəbul edilməlidir.

Qeyd edək ki, hər yükün yüklənmə və bərkildilmə qaydası var və “Azərbaycan Dəmir Yolları” QSC də daşıdığı yükləri təhlükəsiz və rahat mənzil başına çatdırmaq üçün mövcud yükdaşıma tələblərinə əməl etməyə çalışır.

Qeyd edək ki, yüklərin daşınması tariflərinin qonşu dövlətlərlə müqayisədə Azərbaycanda baha olduğu deyilir.

Qurumdan bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC vasitəsilə daşınan yüklərin tarifləri digər MDB dövlətlərinin yükdaşıma tarifləri ilə müqayisədə baha deyil.

Beynəlxalq rejimlərdə yükdaşımalarda, yəni idxal, ixrac və tranzit daşımaları üzrə 1993-cü ildən etibarən hər il MDB dövlətlərinin administrasiyaları ildə 2 dəfə görüş keçirir.

Bu görüşlərdə beynəlxalq daşımalar üzrə ortaq tariflər təyin edilir. Eyni məsafə və eyni rejimdə (idxal, ixrac və ya tranzit) daşınan yüklərin tarifləri MDB dövlətləri ilə müqayisədə Azərbaycanda da eynidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...

4511 Sosial 22:44 05 mart 2020

Son xəbərlər