Azərbaycanda yeni universitet binası tikilir
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Lənkəran şəhər, H.Aslanov, 50 ünvanında yerləşən ali məktəbin yeni inzibati binası inşa olunacaq.
Tikintisi planlaşdırılan yeni bina ikimərtəbəli olacaq.
Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5 000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.
Oxşar xəbərlər
Nazirlər Kabineti qərar verdi
Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 75 nömrəli, “Orta ixtisas təhsil...