Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri aparılacaq.
BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətində bir neçə ay öncə müvafiq tədbirlərə start verilsə də, prosesin icrasına hələ də başlanılmayıb.
Belə ki, qurum hələ tikinti işlərini aparacaq şirkəti müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenidən müvafiq tender elan edilib.
Dövlət xidməti görüləcək işlərin 18522080 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib.
Oxşar xəbərlər
Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı
Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gi...
