Azərbaycanda yeni LAYİHƏ - 1,4 milyon manat ayrıldı
Azərbaycanda vətəndaşların sağlam həyat tərzinə təşviqi məqsədilə daha bir genişmiqyaslı infrastruktur layihəsinə start verilir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən "Sağlam məhəllə" layihəsi çərçivəsində 16 rayonda açıq idman meydançalarının tikintisi və müasir avadanlıqlarla təchizatı nəzərdə tutulub.
Layihənin ümumi dəyəri 1 milyon 474 min manat təşkil edir. Tender çərçivəsində hər bir rayonda açıq hava şəraitində idman fəaliyyəti üçün şərait yaradılacaq. Bu məqsədlə meydançalar uşaqlar və gənclər üçün trenajor avadanlıqları, tennis stolu, şahmat masası kimi elementlərlə təchiz ediləcək.
Məqsəd regionlarda sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda məhəllə infrastrukturunun yenilənməsidir.
Yeni meydançaların istifadəyə verilməsi ilə 16 rayonda yüzlərlə sakin açıq havada idmanla məşğul olmaq imkanı qazanacaq.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...