Azərbaycanda yaşayan kazakların tarixi ənənələri: Cəhənnəmə düşəcəklərini düşünürlər
Kazaklar XVIII əsrin sonlarından ölkəmizdə məskunlaşmağa başlayıblar.
Hazırda şimal bölgəsində 60-dan çox kazak ailəsi yaşayır. Xaçmazda yaşayan Sergey Kazikov deyir ki, müxtəlif xalqların və mədəniyyətlərin vətəni hesab olunan Azərbaycanda uzun illərdir bir ailə kimi ömür sürürlər.
Onun sözlərinə görə, kazaklar tarixi ənənələrini hələ də qoruyub saxlayırlar.
"Kazak kişilər həmişə saçlarının önünü uzun saxlayırlar. Qədim inanclara görə, biz döyüşən millət olduğumuz üçün günahkarıq, buna görə də cəhənnəmə düşəcəyik. Müqəddəs Arxangel Mixail isə saçımızdan tutub bizi cəhənnəmdən çıxaracaq", - S.Kazikov qədim kazak adət-ənənələri haqqında Baku TV-yə danışarkən bildirib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Kasko və əmlak sığortası niyə geri qalır? - AÇIQLAMA
Son illər ölkədə sığorta bazarında müşahidə olunan dəyişikliklər əhalinin bu sahəyə marağının artdığını göstərir. BAKU.WS-in məlumtına görə, avtomobil və daşın...