Azərbaycanda yağıntılı hava şəraiti davam edir
Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır.
Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Yanvar ayında nə qədər şaxta olacaq?
Yanvarda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Ekologiya...