Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarı imzalayıb.
Qərarda deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;1 may saat 00:00-dan 3 may saat 06:00-dək;8 may saat 00:00-dan 10 may saat 06:00-dək;15 may saat 00:00-dan 17 may saat 06:00-dək;22 may saat 00:00-dan 24 may saat 06:00-dək;29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Oxşar xəbərlər
Sərtləşdirilmiş xüsusi karantin rejiminin detalları bilindi - Bunlara riayət etmədən çölə çıxmayın
Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləş...
