Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artıb
21
iyl
2026
18:20
Dövlət Turizm Agentliyi daha 3 hotelə ulduz kateqoriyası verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunlardan biri 5 ulduzlu, biri 4 ulduzlu, digəri isə 3 ulduzlu kateqoriyaya aid edilib.
Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin ümumi sayı 275-dən 278-ə yüksəlib.
Hazırda Azərbaycanda 24 hotel 5 ulduzlu, 44 hotel 4 ulduzlu, 98 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduz kateqoriyalı hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 72 %-ni təşkil edir.
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azə...