Azərbaycanda ulduz kateqoriyalı hotellərin 74 %-i paytaxtdadır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ulduz kateqoriyalı 283 hotel var.
BAKU.WS report-a istinadən xəbər verir ki, həmin hotellərdən 23-ü beş ulduzlu, 43-ü dörd ulduzlu, 101-i üç ulduzlu, 84-ü iki ulduzlu, 32-si isə bir ulduzludur.
Yüksək kateqoriyalı hotellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10 beş ulduzlu, 26 dörd ulduzlu, 72 üç ulduzlu, 72 iki ulduzlu və 28 bir ulduzlu hotel fəaliyyət göstərir.
Beləliklə, Bakıda yerləşən ulduzlu hotellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduzlu hotellərin 73,5 %-i deməkdir.
Ulduzlu hotellərin sayındakı mövcud bölgü ölkədə turizm infrastrukturunun inkişafı və yerləşmə imkanlarının şaxələndirilməsi baxımından mühüm göstərici hesab olunur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...