Azərbaycanda tibb müəssisələrinin təmiri ilə bağlı qərar necə verilir? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi ölkə ərazisində tibb müəssisələrinin əsaslı təmiri və ya yenidən qurulması ilə bağlı məsələlərə necə baxıldığını açıqlayıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Nazirliyin tabeliyində olan Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən bildirilir ki, bu tip müraciətlər daxil olduqda, ilk növbədə TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) sorğu göndərilir.
"Daha sonra onların mütəxəssisləri tərəfindən həmin müəssisədə yerində monitorinq aparılır. Monitorinqin nəticələrinə əsasən, müəssisənin əsaslı təmirinin məqsədəuyğunluğu barədə rəy hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunur. Nazirlik həmin rəyə əsasən, tibb müəssisəsinin İnvestisiya Planına daxil edilməsi üçün aidiyyəti üzrə müraciət edir", - qurumun açıqlamasında qeyd olunub.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...