Azərbaycanda TƏBİB xətti ilə ilk robotik cərrahi əməliyyat həyata keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində ilk dəfə olaraq robotik cərrahi əməliyyat uğurla icra olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada baş tutan əməliyyatla bağlı keçirilən brifinqdə açıqlama verib.
Vüqar Qurbanov qeyd edib ki, sözügedən əməliyyat ölkə səhiyyəsi üçün mühüm və qürurverici hadisədir. Onun sözlərinə görə, cərrahi müdaxilə zamanı heç bir texniki və ya tibbi çətinlik yaşanmayıb. Zərurət yarandığı halda isə əməkdaşlıq edilən xarici mütəxəssislər sistemə məsafədən qoşularaq prosesə dəstək göstərə bilirlər.
İcraçı direktor bildirib ki, robotik cərrahiyyə sistemi özü müstəqil qərar qəbul etmir və bütün əməliyyatlar həkimlərin nəzarəti altında aparılır. Bu texnologiya əməliyyat zamanı qan itkisinin minimuma endirilməsinə də imkan yaradır.
Bildirilib ki, robotik cərrahiyyənin tətbiqi ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsinə geniş imkanlar açacaq.
Qeyd edək ki, keçən il Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...