Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1.1. 1.1-ci bənd üzrə:
1.1.1. 1.1.1-ci yarımbənddə “130” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.5. 1.1.5-ci yarımbənddə “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;
1.1.6. 1.1.6-cı yarımbənddə “80” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;
1.1.7. 1.1.8-ci yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.8. 1.1.9-cu yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.9. 1.1.10-cu yarımbənddə “55” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;
1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “160” rəqəmləri “200” rəqəmləri ilə, 2-ci abzasında “480” rəqəmləri “600” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bənd üzrə:
1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...